MƏDƏNİYYƏT


Leyla Əliyeva: “Jara-2018”in iştirakçılarına və tamaşaçılarına gözəl vaxt keçirməyi arzu edirəm

İyulun 27-də - “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci günündə iştirakçılar qırmızı xalının üzərindən keçiblər. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva festivalın fəxri qonaqlarının arasında olub. Əvvəlcə Xalq Artisti Emin Ağalarov və övladı qırmızı xalının üzərindən keçiblər. Bəstəkar və müğənni Emin Ağalarov “Jara-2018”in də iştirakçılar və tamaşaçılar üçün yaddaqalan olacağını vurğulayıb.