“Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzinin parkında konsert olub
29.07.2018 [09:54]
Xəbərin mətni
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə davam edir.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində iyulun 28-də Rusiyanın MuzTv kanalının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olub.
Konsertdə Rusiyanın tanınmış ulduzları ilə yanaşı, yerli müğənnilər də iştirak ediblər. Konsert proqramında təqdim olunan bir-birindən maraqlı ifalar paytaxt sakinlərində və şəhərimizin qonaqlarında əsl bayram əhval-ruhiyyəsi yaradıb.