Qəbələ festivalında Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti maraqla qarşılanıb
31.07.2018 [11:48]
Xəbərin mətni
X Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində daha bir konsert proqramı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib.