Xaçmazlı gənc yumurta qabığından sənət əsərləri hazırlayır
30.08.2018 [13:14]
Xəbərin mətni
Xaçmazlı gənc bir ədəd yumurtanı 29 manata satır. Amma bunlar düşündüyünüz adi yumurtalardan deyil.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər sakini Fərmayıl Əhmədov qeyri-adi bacarığı ilə diqqət çəkir. 26 yaşlı gənc toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə müxtəlif suvenirlər hazırlayır.