MƏDƏNİYYƏT


Londonda Leyla Əliyevanın ingilis dilində nəşr olunmuş “Dünya yuxutək əriyir...” şeirlər kitabının təqdimatı keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) şeirlər kitabı Londonda yerləşən Yunus Əmrə Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim olunub. AZƏRTAC xəbər verir ki, “Dünya yuxutək əriyir...” şeirlər kitabının “Ön söz”ünün müəllifi Azərbaycan Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsuddur.