ELM VƏ TƏHSİL


Bakıda kosmos üzrə beynəlxalq məktəb işinə başlayıb

Tədbirdə məktəbin məqsəd və vəzifələrindən, beynəlxalq əməkdaşlığın perspektivlərindən danışan EİF-in icraçı direktoru Elçin Babayev statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, oktyabrın 13-dək davam edəcək məktəbin məqsədi kosmos və əlaqəli elmlər sahəsində yerli və xarici kadr hazırlığı, yeni elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, həmçinin Azərbaycanın elmi potensialı və mədəniyyətinin dünyaya tanıdılması işinə töhfə verməkdir.