İDMAN


Bakıda Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresinin açılışı olub

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir bildirib ki, ölkəmiz gimnastika üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Azərbaycan dünya gimnastikasının mərkəzində yerləşir. Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına prezident seçilməsi idmanın bu növünün ölkəmizdə inkişafına təkan verib.