“Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin təqdimatı olub
24.12.2018 [20:26]
Xəbərin mətni
Dekabrın 24-də “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış 3D formatında “Cəbrayıl – virtual səyahət” qrafik filminin təqdimatı keçirilib.
Sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə səyləri ilə ərsəyə gətirilib.