Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmkirdə Yeni ilin gəlişi möhtəşəm bayram tədbiri ilə qeyd olunub

29.12.2018 [18:52]

Xəbərin mətni
Şəmkirdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə möhtəşəm bayram tədbiri keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəmkirliləri təbrik edib.