2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
01.01.2019 [12:00]
Xəbərin mətni
2019-cu ildə fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, yaz fəslinin ölkəmizə qədəm qoyması martın 21-də yerli vaxtla saat 01:58-ə təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.
İyunun 21-də saat 19:54-də yay, sentyabrın 23-də saat 11:50-də payız, dekabrın 22-də saat 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.