ADU-da qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
09.01.2019 [16:19]
Xəbərin mətni
Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə universitetin rektoru, akademik Kamal Abdulla mediaturda iştirak edən təhsil ekspertləri, KİV və ictimaiyyət nümayəndələri, QHT təmsilçiləri ilə görüşüb. Rektor qış imtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışıb.