Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Gənc Kəşfiyyatçılar Klubu"nun üzvləri AZƏRTAC-a ekskursiya ediblər

06.04.2019 [16:04]

Xəbərin mətni
“Sevimli Bala” uşaq mərkəzi və AZƏRTAC-ın Uşaq Bilik Portalının birgə təşkilatçılığı ilə "Gənc Kəşfiyyatçılar Klubu"nun üzvləri agentliyə ekskursiya ediblər. Ekskursiya zamanı uşaqlar AZƏRTAC-ın işi ilə tanış olublar. Onlara informasiyanın əldə edilməsi, hazırlanması və redaktə olunması haqqında məlumatlar verilib. Uşaqlar informasiyaların saxlandığı server otağı, rabitə, kitabxana və xarici dillərdə informasiya redaksiyası ilə tanış olublar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI