ELM VƏ TƏHSİL


Azərbaycanda ilk dəfə raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı keçirilib

Təhsil Nazirliyi və “Azərkosmos” ASC-nin birgə keçirdiyi “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini uğurla keçən komandalar iştirak edib. Festival çərçivəsində “Azərkosmos” və Rusiya Federasiyasının “Kassiopeya” fondunun mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyətləri və iş prinsipi barədə təlim verilib. Təlim əyani olaraq raket modelləri üzərində keçirilib.