RƏSMİ


Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev sakinlərlə görüşdü. Daha sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verildi. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.