ELM VƏ TƏHSİL


BSU-nun tələbələri: Cocuq Mərcanlıda pedaqoji təcrübə keçməkdən qürur duyuruq

Bakı Slavyan Universitetinin (BSU) IV kursunda təhsil alan bir qrup tələbə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə keçir.

AZƏRTAC-ın bölgə müxbiri Cocuq Mərcanlı kənd tam orta məktəbinə gedərək, təcrübəçi tələbələrlə həmsöhbət olub. Tələbələrin təcrübə rəhbəri rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim kimi dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır