“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18.05.2019 [14:24]
Xəbərin mətni
Mayın 18-də ADA Universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə “Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda konfrans işə başlayıb. AZƏRTAC xəbər verir ki, GTMŞ-in Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı layihənin məqsədi BMT-nin “2030-cu il İnkişaf Gündəliyi”nə və 17 Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olunması yönündə görülən işlərə töhfə vermək, gənclər təşkilatları nümayəndələrinin DİM haqqında biliklərini artırmaq, gənclər təşkilatlarının bu istiqamətdəki fəaliyyətinin planlaşdırılmasıdır.