ELM VƏ TƏHSİL


AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Mayın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Rəyasət Heyətində keçirilən görüşdə akademik Akif Əlizadə AMEA ilə REA arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.

Akademik Aleksandr Sergeyev görüşə görə AMEA- nın rəhbərliyinə minnətdarlığını bildirib, ölkələrimiz arasında elmi və digər sahələrdə əlaqələrin uğurla davam etdirildiyini söyləyib.