Azərbaycan Dövlət İnformasiya Agentliyi

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

22.05.2019 [19:10]

Xəbərin mətni

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahan nəticələri ilə eservices.dim.gov.az/2019/netbak/  linkindən tanış olmaq mümkündür. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.