Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti Belqrad Universitetinin rəhbərliyi ilə görüşlər keçirib

18.06.2019 [18:07]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının həyata keçirilməsi çərçivəsində Serbiyanın paytaxtında silsilə tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti bu tədbirlər proqramı çərçivəsində iyunun 17-də Belqrad Universitetinin (BU) rəhbərliyi ilə bir sıra görüşlər keçirib.