ELM VƏ TƏHSİL


UNEC-in ikili diplom proqramlarının təqdimatı keçirilib

İyulun 3-də UNEC-in Fransanın Monpelye və ABŞ-ın Linkoln universitetləri, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə ikili diplom proqramlarının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən UNEC-in prorektoru Anar Rzayev yeni tədris ilində reallaşdırılacaq ikili diplom proqramları barədə məlumat verib. Diqqətə çatdırıb ki, UNEC-in tələbə və magistrləri ikili diplom proqramı əsasında Fransanın aparıcı universitetlərinin diplomunu əldə edə biləcəklər.