ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi bu il 168 layihəni dəstəkləyəcək

İyulun 3-də Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.

AZƏRTAC xəbər ki, brifinqdə Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olduğunu bildirib. Təşkilat komitəsi ekspert qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Qaliblər ümumilikdə 44 rayon və şəhəri üzrə ümumi təhsil müəssisəsi və müəllimləri əhatə edir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkir qalib layihələri olan ən fəal rayon və şəhərlər olublar.