ELM VƏ TƏHSİL


Qubada 792 şagird yerlik yeni məktəb binası inşa olunur

Quba rayonunun Birinci Nügədi kəndində 792 şagird yerlik, üçmərtəbəli məktəb binası inşa edilir. Binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq. 3500 kvadratmetr sahəni əhatə edən yeni binanın hazırda ikinci mərtəbəsi tikilir.