ELM VƏ TƏHSİL


Media nümayəndələri müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsini izləyiblər

Avqustun 20-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, gün ərzində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və rus dili müəllimliyi üzrə 750 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir. Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 min 728 nəfərin iştirakı nəzərdə tutulur.