ELM VƏ TƏHSİL


Məleykə Abbaszadə şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 30-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.