SİYASƏT


Mətbuat nümayəndələri “TurAz Qartalı-2019” birgə təlimlərinin gedişini izləyiblər

“TurAz Qartalı-2019” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin aviasiya vasitələri iştirak edir. Sentyabrın 10-da mətbuat nümayəndələri “TurAz Qartalı-2019” birgə təlimlərinin gedişini izləyiblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 2-dən başlayan təlimlərə “MiQ-29”, “F-16”, “Su-25”, “P-235”, “Kasa” təyyarələri, “Mi-35”, “Mi-17”, “Sikorski UH-70”, “CH-47” “Çinok” və “ATAK/AH-1W” helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi və 300-dək hərbi qulluqçu cəlb edilib.