ELM VƏ TƏHSİL


161 nömrəli orta məktəbdə Bilik günü qeyd olunub

C. Cabbarlı adına 161 nömrəli orta məktəbdə Bilik günü qeyd olunub.  
AZƏRTAC xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva çıxış edərək 1-ci sinfə qədəm qoyan şagirdlərə uğurlar arzulayıb.
Qeyd olunub ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ərazisində yerləşən məktəb ötən il  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır