Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

IAEA 2019 konfransı sessiyalarla davam edib

24.09.2019 [18:12]

Xəbərin mətni

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik toplantısı (IAEA 2019) sessiyalarla davam edib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində sentyabrın 24-də “Siyasətin formalaşdırılması”, “Ali təhsil”, “Qiymətləndirmə strategiyaları”, “Müəllim inkişafı”, “Psixoloji qiymətləndirmə", "Dil biliklərinin yoxlanması", "Ali təhsil", "Müəllim hazırlığı və qiymətləndirmə", "Yazı işlərinin qiymətləndirilməsi", "Validlik" mövzularında sessiyalar keçirilib.