Media nümayəndələri Qubada yeni pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərin dərs prosesini izləyiblər
03.10.2019 [19:08]
Xəbərin mətni
Oktyabrın 3-də Qubaya təşkil olunan mediatur çərçivəsində mətbuat nümayəndələri rayonda yeni tədris ilindən pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb, onların dərs prosesini izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mediaturda kütləvi informasiya nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edib.