ELM VƏ TƏHSİL


Qazaxıstanlı proqramçılar Azərbaycan dilində mobil oyun hazırlayıblar

Qazaxıstanın İT proqramçıları Azərbaycan dilində “İQ uşaq” mobil oyunu hazırlayıblar.
Proqramın yaradıcılarından “QazNat” şirkətinin rəhbəri Almas Tapiyev AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, oyunda körpələrin maraq dairəsinə uyğun mövzulara müraciət edilib.
“Uşaqlarda son zamanlar mobil telefonlara, elektron qurğulara həddindən çox maraq yaranıb. Onların bundan səmərəli istifadə etməsi, maariflənməsi üçün bu cür oyunlar valideynlərə kömək edəcək. Qonşu ölkələrlə maraqlandıq bu sahədə mobil oyunların azlıq təşkil etdiyini öyrəndikdən sonra “İQ bala” “İQ uşaq” proqramını hazırlamaq qərarına gəldik”.