Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçalada coğrafiya müəlliminin kreativ dərs metodu

16.10.2019 [17:59]

Xəbərin mətni

Neftçalada bir əsrdən çox yaşı olan bu məktəb rayonda ilkləri ilə fərqlənərək digər təhsil ocaqlarına nümunə göstərilir. Təhsil ocağında şagirdlərin dərslərə olan marağını artırmaq üçün müxtəlif üsullardan istifadə edilir. İki il bundan əvvəl müəllimlərin və texniki işçilərin vahid formaya keçməsi ilə ilkə imza atan təhsil ocağı bu dəfə də fərqlənməyi bacarıb.
AZƏRTAC xəbər verir ki, 107 ildir fəaliyyət göstərən Yeniqışlaq kənd ümumi orta məktəbində 56 şagirdin təlim-tərbiyəsi ilə 10 müəllim məşğul olur. Bir əsrdən çox yaşı olan bu məktəbdə istifadə olunan innovativ metodlar tədrisin keyfiyyətini, şagirdlərin dərsə marağını artırıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI