ELM VƏ TƏHSİL


Bakıda “Karyera imkanlarının artırılması” mövzusunda konfrans keçirilir

Oktyabrın 31-də Bakıda “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən “Karyera imkanlarının artırılması” mövzusunda konfrans işə başlayıb. AZƏRTAC xəbər verir ki, tədbir məzunların məşğulluğunu artırmaq, yerli və qlobal iş dünyasında rəqabətliliyini təmin etmək və nəticələri izləmək üçün davamlı olaraq məlumat toplamaq mexanizmini yaratmaq və ali təhsil müəssisələrinin qabiliyyətini inkişaf etdirmək yollarını öyrənmək məqsədi daşıyır. Həmçinin ali təhsil müəssisələrinin məzunlarının işədüzəlmə bacarıqlarını inkişaf etdirməkdir. Bundan başqa “British Council” Birləşmiş Krallıq və Azərbaycandan olan tərəfdaşları ilə birlikdə ali təhsil müəssisələrinin məzunlarının əldə etdiyi nəticələrin siyasət, sistem və resurslar çərçivəsində monitorinqinin həyata keçirilməsi ilə əlaqədar təcrübələri paylaşmaq və problemləri müzakirə etmək üçün platforma yaratmaq niyyətindədir.