ELM VƏ TƏHSİL


Madrid Muxtar Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlər və təqdimatlar keçirilir, onun ədəbi irsi yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılır.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının İmadəddin Nəsiminin yubileyinin keçirilməsi haqqında Sərəncamını rəhbər tutaraq noyabrın 5-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin və Madrid Muxtar Universitetinin birgə təşkilatçılığı ilə adıçəkilən təhsil ocağında ədəbi-elmi konfrans keçirilib.