CƏMİYYƏT


İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qubada 5 mindən çox ağac əkiləcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qubalılar böyük coşqu ilə qoşulub və rayonda ciddi hazırlıq işləri görülür. Kampaniya çərçivəsində rayon ərazisində bir gündə 5 mindən çox ağac tinginin əkilməsi nəzərdə tutulub.