ELM VƏ TƏHSİL


Laçın məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur-aksiyaya başlayıblar

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Laçın rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, laçınlı məktəblilər maarifləndirici tur-aksiyaya məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsindən yola salınıblar.