ELM VƏ TƏHSİL


Tur-aksiya: Məktəblilər Qubanın görməli yerlərini gəziblər

Noyabrın 14-də Gəncə, Şirvan, Şuşa, Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Quba rayonunun görməli yerlərini gəziblər.
Qədim Qubaya ekskursiya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlanıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, Qudyalçayın üzərindəki Tağlı körpü ilə tanış olublar.