ELM VƏ TƏHSİL


ADA Məktəbinin şagirdləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Yanvarın 17-də ADA Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məktəbin tarix fənni üzrə müəllimləri - Rüfət Rizayev və Ceyhun Rzayev Qanlı Yanvar hadisələri zamanı şahidi olduqları hadisələrdən danışıb, xalqımız üçün həm kədər, həm də qürur doğuran bu faciənin unudulmaması üçün gənclərə tövsiyələrini veriblər.