Süni intellekt modellərində milli dəyərlərin gələcək nəsillərə ötürülməsi yolları təklif edilib
28.10.2026 [16:09]
Xəbərin mətni
“Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində süni intellekt modellərində milli-mədəni dəyərlərin əks olunması və gələcək nəsillərə ötürülməsi məsələləri diqqətə çatdırılıb. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında süni intellektin inkişafı fonunda mədəni suverenliyin qorunması və müxtəlif cəmiyyətlərin dəyərlərinin gələcək nəsillərə çatdırılması yollarından danışıb.