ADAU ilə “Zirvə Agro” arasında əməkdaşlıq memorandumu imzalanıb
28.10.2026 [14:58]
Xəbərin mətni
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Zirvə Agro” şirkətinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə universitetlə aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, müasir kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də elmi biliklərin istehsalatda tətbiqi imkanları müzakirə olunub.