ELM VƏ TƏHSİL


Xudat şəhərində 432 şagird yerlik məktəb binasının inşasına başlanılıb

Xaçmaz rayonunun Xudat şəhərində 432 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana olacaq.