ELM VƏ TƏHSİL
BDU-da "Abay İli"in açılışı olub
30.01.2020 [19:35]
Xəbərin mətni
Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və türk dünyasında "Abay ili"nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Beynəlxalq Türk Akademiyasının, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, L.Qumilyov adına Avrasiya Milli Universitetinin, Qazaxıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.