SİYASƏT


ABŞ-ın Nyu-Meksiko ştatının Senatı 20 Yanvar faciəsinin 30-cu ildönümünə dair bəyannamə qəbul edib

ABŞ-ın Nyu-Meksiko ştatının Senatı fevralın 4-də 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı geniş bəyannamə qəbul edib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, bəyannamədə faciə kəskin şəkildə pislənilərək, azadlıq mübarizəmizin ilk qurbanlarının xatirəsi hörmətlə anılıb.