Qubanın Gənclər qəsəbəsi və Susayqışlaq kəndində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2020 [15:44]
Xəbərin mətni
Susayqışlaq kənd ümumi orta məktəbinin binası 96, Gənclər qəsəbəsi ümumi orta məktəbinin binası isə 80 şagird yerlikdir. Məktəb binaları sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəblərdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.