CƏMİYYƏT


Parisdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyimizin müşaviri Vaqif Ağayev və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun prezidenti Taha Ayhan Xocalı soyqırımı və “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır