ELM VƏ TƏHSİL


Qubada tikilən 792 şagird yerlik məktəb binası yeni tədris ilinədək istifadəyə veriləcək

Quba rayonunun Birinci Nügədi kəndində tikilən 792 şagird yerlik, üçmərtəbəli məktəb binası yeni tədris ilinədək istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə 2019-cu ilin iyun ayından başlanılıb. 3500 kvadratmetr sahəni əhatə edən binanın hazırda dam örtüyü vurulur və köməkçi tikililər inşa olunur.