ELM VƏ TƏHSİL


“Məktəb psixoloqundan tövsiyələr” - Özünə hörmət, özünə inam və özünü adekvat qiymətləndirmə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanmış 3-cü videoçarxda Bakı şəhəri 83 nömrəli məktəb-liseyin psixoloqu Aynur Məmmədova “Özünə hörmət, özünə inam və özünü adekvat qiymətləndirmə” mövzusunda tövsiyələrini təqdim edir.