Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Məktəb psixoloqundan tövsiyələr” - Kiçik yaşlı uşaqlarda idrak proseslərinin inkişafı

01.05.2020 [12:28]

Xəbərin mətni

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.
BŞTİ-dən verilən məlumata görə, "Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 6-cı videoçarxda Bakı şəhəri 245 nömrəli tam orta məktəbin psixoloqu Xavər Rzayeva "Kiçik yaşlı uşaqlarda idrak proseslərinin inkişaf etdirilməsi" mövzusunda tövsiyələrini təqdim edir.