Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məktəb psixoloqundan qorxu və həyəcanın aradan qaldırılmasına dair tövsiyələr

13.05.2020 [15:48]

Xəbərin mətni

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb psixoloqundan tövsiyələr” sosial-maarifləndirmə layihəsi davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan 16-cı videoçarxda Bakı şəhəri 227 nömrəli tam orta məktəbin psixoloqu Aynurə Abdullayeva qorxu və həyəcanın aradan qaldırılması mövzusunda tövsiyələrini təqdim edir.