MƏDƏNİYYƏT


27 il daş üzərində oyma sənəti ilə məşğul olan rəssam REPORTAJ

Xaçmaz rayonunun Alıcqışlaq kəndində yaşayan Ədalət Elmanı hamı daşları danışdıran sənətkar kimi tanıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 ildir daş üzərində oyma sənəti ilə məşğul olan Ədalət Elmanın müxtəlif mövzularda 500-dən çox əl işi var. Sənətkar daha çox portret, abstrakt və mənzərə janrlarına üstünlük verir. Ə.Elman Azərbaycanın bir çox siyasi, ictimai, mədəniyyət və incəsənət xadiminin, eləcə də görkəmli şair və yazıçısının portretlərini daş üzərinə həkk edib.