Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “VAZ 2106”nı oğurlayıb hissələrini satmaq istəyən iki nəfər saxlanıldı

17.06.2020 [11:04]

Xəbərin mətni

Nərimanov rayonunda yaşayan paytaxt sakini Eldəniz Təhməzova məxsus “VAZ 2106” markalı avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinə şikayət edərək nəqliyyat vasitəsini oğurlayan şəxslərin saxlanılmasını xahiş edib. Nərimanov Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Balaxanı qəsəbəsi sakinləri Elgün Heydərov və Məmmədbağır Qasımov saxlanılaraq istintaqa cəlb olunub.