Şəmkirdə çətənə bitkiləri əkən şəxslər saxlanılıblar
18.06.2020 [16:18]
Xəbərin mətni
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakini 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə (kannabis) bitkiləri aşkarlanaraq götürülüb.